Türkiyənin turizm sektorunun gəlirləri II rübdə 35% azalıb

Türkiyənin turizm sektorunun gəlirləri II rübdə 35% azalıb
# 02 avqust 2016 15:14 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin II rübündə Türkiyənin turizm sektorunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6% azalaraq 5 mlrd. dollar təşkil edib.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutunun yaydığı məlumatda deyilir.

Hesabat dövründə Türkiyəyə 7,5 mln. turist gəlib ki, bunlardan 2 mln. nəfəri xaricdə yaşayan türklərdir.

İyunda Türkiyəni ziyarət edən turistlərin sayı 40,86% azalaraq 2,4 mln. nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR