Zərifə Əliyeva küçəsinin bir hissəsi təmirə bağlanır

Zərifə Əliyeva küçəsinin bir hissəsi təmirə bağlanır
# 04 fevral 2016 08:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar paytaxt yollarında asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar fevralın 4-ü Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.

Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR