İSESCO İcraiyyә Komitәsinin sәdri: “Böyük güclәrin müsәlman ölkәlәrinә müdaxilәsi nəticəsində yaranan problemlәri nәzәrdәn keçirmәliyik”

İSESCO İcraiyyә Komitәsinin sәdri: “Böyük güclәrin müsәlman ölkәlәrinә müdaxilәsi nəticəsində yaranan problemlәri nәzәrdәn keçirmәliyik”
# 23 noyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “Biz böyük ölkәlərin, güclәrin müsәlman ölkәlәrinә müdaxilәsi nəticəsindә yaranan problemlәri nәzәrdәn keçirmәliyik”.

APA-nın mәlumatına görә, bu sözlәri İSESCO İcraiyyә Komitәsinin sәdri Boubakar Doukoure deyib. O bildirib ki, tәşkilat regional vә beynәlxalq proseslәri yaxından izlәyir: "Biz bir tәşkilat kimi üzәrimizә düşәn rolu dәrk edirik. Elә etmәliyik ki, İslam mәdәniyyәtini, xarakteristikasını, dәyәrlәrini qoruyub saxlaya bilәk. Biz әslindә islam dünyasının әhalisinin daha böyük inkişafı üçün çox işlәr görmәliyik”.

B. Doukoure qeyd edib ki, Baş Assambleyanın iclasında növbәti 3 il üçün yeni tәdbirlәr planı qәbul edilmәlidir. Hәmçinin Bakı iclasında son 3 ildә әldә olunan nailiyyәtlәr nәzәrdә keçirilәcәk: “Biz son 3 il üçün nәzәrdә tutulan 260 müddәa üzrә işimizi görmüşük. Bu da o demәkdir ki, mәqsәdlәrimizin 80 faizini hәll etmişik. Bu, İSESCO-ya әlavә imkan verib ki, növbәti addımlar ataq. Növbәti 3 il üçün tәdbirlәr planı nәzәrdәn keçirilәcәk. Elmi, mәdәni vә tәhsil meyarlarına baxılacaq. İSESCO fәalliyyәtini genişlәndirmәk istәyir. İstәyirik ki, İcraiyyә Şurasının statusunu genişlәndirәk. Düşünürük ki, bu bizim fәaliyyәtimizin genişlәnmәsinә tәkan verәcәk vә hәmrәyliyimizi güclәndirәcәk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR