Rusiyada şəhər meri müavininin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub

Rusiyada şəhər meri müavininin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
# 19 oktyabr 2015 16:36 (UTC +04:00)

APA-nın Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, istintaq Moskva vilayətinin Krasnoqorsk şəhəri merinin müavini Yuri Karaulovun qətlinin onun vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olduğunu istisna etmir.

Hazırda müstəntiqlər bunu əsas versiya kimi nəzərdən keçirirlər.

Müəyyən olunub ki, nahar vaxtı Y. Karaulovun iş otağına şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı Amiran Georqadze daxil olub. Onlar bir müddət söhbət etdikdən sonra Y. Karaulov otağa A. Georqadzenin ortağı olduğu “Krasnoqorsk elektrik şəbəkə”sinin rəhbəri Georgi Kotlyarenkonu dəvət edib. Bundan sonra onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı A. Georqadze Y. Karaulovun katibindən otağa şəxsi sürücüsünü dəvət etməyi tələb edib. Şahidlərin sözlərinə görə, həmin adam otağa əlində böyük çanta ilə daxil olub. İstintaqın versiyasına görə, A. Georqadze çantadan avtomat silahı çıxarıb və atəş açmaq istəyib. Lakin avtomatdan atəş açılmayıb. Bundan sonra şübhəli o, merin müavininə və şəhər elektrik şəbəkəsinin rəhbərinə tapançadan atəş açıb. Karaulovla Kotlyarenko aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Hazırda qətli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR