Bakı Dövlət Universitetinin yataqxanasında yanğın baş verib

Bakı Dövlət Universitetinin yataqxanasında yanğın baş verib
# 21 noyabr 2015 17:24 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasında baş verib. Nəticədə, binanın 6-cı mərtəbəsində dəhlizə yığılmış taxta materialları 45 kv.m sahədə, dəhlizin və digər 2 otağın giriş qapısı yanıb. Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR