Daxili Qoşunlar qadınları hərbi xidmətə qəbul edir

Daxili Qoşunlar qadınları hərbi xidmətə qəbul edir
# 09 dekabr 2015 10:05 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İdarə Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir.

Xidmətə qəbulun şərtləri:

– hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli;

– boy ölçüsü 170 sm-dən yuxarı;

– yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan;

– ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:

– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR