Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb

Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb
# 31 mart 2016 14:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb.

Bu barədə APA-ya Ə. Əylisli özü məlumat verib.

Onun sözlərinə görə, bu gün oğlu İlyas Əylisli ifadə vermək üçün polisə çağırılıb: “İfadəsi alındıqdan sonra ona deyiblər ki, mənim barəmdə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Mən bu ittihamı qəbul etmirəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR