Fələstin rəhbəri Şimon Peresin dəfnində iştirak edəcək

Fələstin rəhbəri Şimon Peresin dəfnində iştirak edəcək
# 30 sentyabr 2016 00:36 (UTC +04:00)

Bakı-APA. Fələstin prezidenti Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Tel-Əvivə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” Fələstin hökumətinə istinadən məlumat yayıb.

Qeyd edək, Tel-Əvivdə sentyabrın 27-də 94 yaşında vəfat etmiş Şimon Pereslə vida mərasimi keçirilir. Vida mərasiminə bir çox ölkələrin liderləri qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR