Yığmamız Polşa, Macarıstan və Estoniya ilə eyni qrupa düşdü

Yığmamız Polşa, Macarıstan və Estoniya ilə eyni qrupa düşdü
# 13 noyabr 2015 09:30 (UTC +04:00)

Bakı – APA. Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatlarının 2016/17 mövsümünün ilkin mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il baş tutacaq mərhələ oyunlarında çıxış edəcək Azərbaycan futbol millisinin də rəqibləri bəlli olub.

Yığmamız 3-cü qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri isə Polşa, Macarıstan və Estoniya olacaq.

İlkin mərhələnin qarşılaşmaları gələn il avqustun 1-dən oktyabrın 31-dək davam edəcək. Hər qrupda ilk 2 pillənin sahibi növbəti mərhələyə yüksələcək. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik yığmada mübarizəni davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR