Giorgi Marqvelaşvili Azərbaycan prezidentinə zəng edərək başsağlığı verib

Giorgi Marqvelaşvili Azərbaycan prezidentinə zəng edərək başsağlığı verib
# 06 dekabr 2015 12:36 (UTC +04:00)

Bakı – APA. Dekabrın 6-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Gürcüstan prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR