Nazir Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək

Nazir Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək
# 19 aprel 2016 16:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qəbul aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR