"Beynəlxalq Sığorta Şirkəti" "Aqrolizinq"in keçirdiyi tenderin qalibi olub

"Beynəlxalq Sığorta Şirkəti" "Aqrolizinq"in keçirdiyi tenderin qalibi olub
# 09 mart 2016 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Beynəlxalq Sığorta Şirkəti" ASC Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC tərəfindən keçirilən tenderin qalibi olub. Bu barədə "APA-Economics"ə "Beynəlxalq Sığorta Şirkəti" ASC-dən məlumat verilib.

Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.

Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 mln. 211 min 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100,343 manat təşkil edəcək.

Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR