Ukrayna XİN-i: Savçenko yaya kimi vətəninə qayıda biləcək

Ukrayna XİN-i: Savçenko yaya kimi vətəninə qayıda biləcək
# 26 mart 2016 21:44 (UTC +04:00)

Bakı-APA. Ukrayna XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Dmitriy Kuleba bildirib ki, Rusiyada 22 il həbs cəzasına məhkum olunan ukraynalı pilot Nadejda Savçenko yaya kimi vətəninə dönə biləcək. APA-nın məlumatına görə, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

“Əgər hər şeh normal getsə, düşünürəm ki, yaya kimi Savçenko qayıda biləcək”, - deyə Kuleba bildirib.

Onun sözlərinə görə, Ukrayna XİN-i Savçenkonu Ukraynada həbs olunan rusiyalı hərbçilər Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevə dəyişməyə hazırdır.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalı pilot Nadejda Savçenko məhbusdur və Vladimir Putinin onun barəsində qərar verməyəcəyi təqdirdə, o cəzasını çəkməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR