Ağdamda 3 uşaq anası olan 22 yaşlı qadın intihar edib

Ağdamda 3 uşaq anası olan 22 yaşlı qadın intihar edib
# 01 iyun 2016 16:46 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda intihar hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Axundova İlahə Maşallah qızı həyətlərində olan yardımçı tikilidə özünü asaraq intihar edib.

Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR