Şəmkirdə 26 yaşlı qadın dərmandan zəhərlənib

Şəmkirdə 26 yaşlı qadın dərmandan zəhərlənib
# 22 mart 2016 11:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə dərmandan zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kür qəsəbə sakini, 1990-cı il təvəllüdlü Aysel Yolçuyeva dərmandan zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, A. Yolçuyeva həkimin ona təyin etdiyi dərman həblərini həddindən artıq qəbul etdiyi üçün zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR