Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi saxlanılıb

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi saxlanılıb
# 14 yanvar 2016 19:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR