Argentina milli futbol komandasının baş məşqçisi istefa verib

Argentina milli futbol komandasının baş məşqçisi istefa verib
# 06 iyul 2016 08:03 (UTC +04:00)

Bakı - APA. Argentina milli futbol komandasının baş məşqçisi Cerardo Tata Martino istefa verib. Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın Amerika Kubokunun finalında Çiliyə məğlub olmasıdır.

2014-cü il dünya çempionatından sonra komandanın başına gələn Martino ardıcıl ikinci “Copa America” finalında da Çiliyə uduzduqdan sonra vəzifəsində qalmaq istəməyib.

Olimpiada öncəsi baş məşqçisiz qalan Argentinada daha əvvəl Lionel Messi və bir sıra oyunçu da milli karyerasını bitirdiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR