Lənkəranda 57 yaşlı qadın intihar edib

Lənkəranda 57 yaşlı qadın intihar edib
# 30 yanvar 2016 12:51 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə raonun Girdəni kəndində qeydə alınıb.

Kənd sakini, 57 yaşlı Yelena Əliyeva yaşadığı evinin kəndarında özünü asaraq öldürüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri tərəfindən müayinə olunub və üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR