"Azəryolservis"in sədri vətəndaşları qəbul edib

"Azəryolservis"in sədri vətəndaşları qəbul edib
# 29 yanvar 2016 14:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qəbulda “Azəryolservis” ASC-nin sədr müavinləri, aparat rəhbəri və müvafiq olaraq idarə və şöbə rəisləri iştirak ediblər.

Qəbula yazılan 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. S. Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, S. Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR