Qusar sakini evinə gələn qonağı öldürüb

Qusar sakini evinə gələn qonağı öldürüb
# 05 oktyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qusarda qətl hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib, kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb hadisə yerini tərk edib.

Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR