Filippində hərbi gəmi tankerlə toqquşub

Filippində hərbi gəmi tankerlə toqquşub
# 20 sentyabr 2016 04:42 (UTC +04:00)

Bakı-APA. Filippində ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmi Liberiya bayrağı altında üzən tankerlə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində zərərçəkən olmayıb, hərbi gəmiyə cüzi ziyan dəyib.

Məlumata əsasən, tankerlə hərbi gəmi Zamboanqa şəhəri yaxınlığında, sahildən 1 km aralıda toqquşub.

Faktla bağlı araşdırma aparılır. Filippin Sahil Mühafizəsi Xidməti heyəti yerli və Ukrayna vətəndaşlarından ibarət tankerin yola düşməsinə qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR