Rusiya MN Türkiyə hava məkanının pozulmasına aydınlıq gətirib

Rusiya MN Türkiyə hava məkanının pozulmasına aydınlıq gətirib
# 05 oktyabr 2015 20:11 (UTC +04:00)

Bakı-APA. Rusiya Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidenti şərh edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.

“Belə halların qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb”, məlumatda deyilir.

Qeyd edək ki, NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR