Elman Babayev: “Nazirlik tərəfindən başqa məqsədlər üçün “Naz-LİFAN” avtomobili alınmayıb”

Elman Babayev: “Nazirlik tərəfindən başqa məqsədlər üçün “Naz-LİFAN” avtomobili alınmayıb”
# 29 yanvar 2016 16:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, ƏƏSMN Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan “Naz-LİFAN” markalı minik avtomobillərinin son 2 il ərzində kütləvi şəkildə istifadəyə yayılması sahəsində mühüm rol oynayan bir qurum olub: “Bu proses davam etdiriləcək”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, müharibə əlillərinin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı üçün məhz Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma nazirlik tərəfindən digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR