Xəzərdə itkin düşən 8 balıqçı xilas edilib

Xəzərdə itkin düşən 8 balıqçı xilas edilib
# 04 yanvar 2016 09:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Dağıstanın Xəzər sahillərində itkin düşən bütün balıqçılar xilas edilib. APA-nın xəbərinə görə, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin məlumatında deyilir.

“Mi-8 helikopteri hadisə yerində olub və üzən buz kütləsi üzərindəki 8 nəfəri xilas edib”, - deyə məlumatda qeyd edilib. Balıqçılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl Dağıstan Fövqəladə Hallar Nazirliyi iki qayıqda olan 8 balıqçının Xəzərdə köməksiz vəziyyətdə qalması barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR