Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib
# 24 fevral 2016 09:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ATƏT-in fəaliyyətdə olan sədri Almaniya Federativ Respublikası tərəfindən türkiyəli ilahiyyatçı, dosent Bülent Şenay ATƏT-in müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə xüsusi təmsilçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. XİN-in açıqlamasında bildirilir ki, Türkiyə ATƏT coğrafiyasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qurumun siyasi-hərbi, ətraf mühit, insan ölçüsü ilə bağlı fəaliyyətlərinə əhəmiyyətli töhfə verir: “Ölkəmiz regional qeyri-stabillik, miqrant axını və terror təhdidlərinin artması fonunda dözümsüzlük, irqçilik, İslam əleyhinə çıxışların önlənməsi baxımından beynəlxalq institutların fəaliyyətinin dəstəklənməsinə xüsusi töhfə verir. Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliyə qarşı qərarlı yanaşmamız nəticəsində bu təyinat tərəfimizdən məmnuniyyətlə qarşılanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR