Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
# 25 iyun 2016 19:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xəzərin Azərbaycan sektorunda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR