Hacıqabulda növbəti zəlzələ olub

Hacıqabulda növbəti zəlzələ olub
# 11 iyun 2016 08:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gecə Hacıqabulda növbəti zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 01:32-də Şirvan şəhərindən 22 km şimal-şərqdə, Hacıqabul rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 22 km olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Hacıqabulda dünən də yeraltı təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR