İrəvanda silahlı qrupun zəbt etdiyi polis alayının binasından atəş səsləri eşidilir

İrəvanda silahlı qrupun zəbt etdiyi  polis alayının binasından atəş səsləri eşidilir
# 26 iyul 2016 22:53 (UTC +04:00)

Bakı-APA. İrəvanda silahlı qrupun ələ keçirdiyi polis alayının binasından atəş səsləri eşidilməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda silahlı qrupun ələ keçirdiyi polis alayının binasından arabir müxtəlif istiqamətlərdə atəş açılır. Ətrafda yaşayan sakinlər və xidmət çəkən polislərin həyatına təhlükə yaranıb”, - deyə Aqaronyan bildirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR