ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər

ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər
# 20 yanvar 2016 05:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da ABŞ və İran arasında əldə olunan məhbus mübadiləsinə dair razılığa əsasən, Tehran “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian daxil olmaqla ABŞ vətəndaşları olan 4 məhbusu azadlığa buraxıb.

Amerikada həbsdə olan 7 İran vətəndaşı da həmin gün azadlığa buraxılıb. Onlardan 6-nın ikili vətəndaşlığı olduğu bildirilir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR