İRNA: İŞİD lideri Əl-Bağdadi yaralanıb, üç müavini öldürülüb

İRNA: İŞİD lideri Əl-Bağdadi yaralanıb, üç müavini öldürülüb
# 12 oktyabr 2015 07:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.

Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib

.

Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər.

Qeyd edək ki, Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR