"Azəriqaz" bir neçə yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır

"Azəriqaz" bir neçə yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır
# 23 oktyabr 2015 06:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Xətai və Abşeron rayonlarında, həmçinin Mingəçevir şəhərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 23-də saat 10:00-dan 15:00-dək Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində, saat 09:00-dan 18:00 dək isə Mingəçevir şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR