Bakı-Quba yolunda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakı-Quba yolunda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 17 oktyabr 2015 16:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakı-Quba yolunun 40-cı km-də yol-nəqliyyat qəza hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Fiat” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “Fiat” markalı minik avtomobilində olan sərnişin hadisə yerində vəfat edib.

Şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR