XİN: “ Münhendəki atışma nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”

XİN: “ Münhendəki atışma nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”
# 23 iyul 2016 09:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisinə istinadən verdiyi məlumata əsasən, atışma nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların isə tezliklə şəfa tapmasını diləyirik”,-deyə H. Hacıyev qeyd edib.

Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb.

Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR