Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 80 nəfər itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 80 nəfər itkin düşüb
# 30 aprel 2016 19:13 (UTC +04:00)

Bakı-APA. Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 84 nəfər itkin düşüb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirib.

Məlumata görə, insident nəticəsində 26 sərnişin xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatının aprelin sonuna olan məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 180 min nəfəri keçib, 1232 nəfər isə ölüb və ya itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR