Şri Lankada daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb

Şri Lankada daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb
# 22 may 2016 20:27 (UTC +04:00)

Bakı-APA. Şri Lankada şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb


APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 109 nəfər itkin düşmüş hesab edilir.


Son məlumatlara əsasən, təbii fəlakət 500 insana zərər vurub, 200 minədək insan müvəqqəti sığınacaqlarda qalmaqdadır. Ölkənin Araneyeyk bölgəsində torpaq altında qalanların axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR