Amerika Erməni Milli Komitəsi: Obama 1915-ci il hadisələrini "soyqırımı" adlandırmayacaq

Amerika Erməni Milli Komitəsi: Obama 1915-ci il hadisələrini "soyqırımı" adlandırmayacaq
# 22 aprel 2016 07:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi müraciətində 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırmayacaq.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Erməni Milli Komitəsindən (ANCA) bildirilib. Məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxs verib.

ANCA-nın icraçı direktoru Aram Ambaryan Barak Obamanın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı vədinə xilaf çıxdığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR