Milli Məclis prezidentin etirazını haqlı sayıb

Milli Məclis prezidentin etirazını haqlı sayıb
# 04 mart 2016 13:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. Milli Məclisin növbəti plenar iclasında bu il yanvarın 19-da qəbul olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna prezidentin etirazı barədə qərar layihəsi səsə qoyulub.


APA-nın məlumatına görə, millət vəkilləri prezidentin etirazını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq prezident İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu imzalamadan fevralın 15-də Milli Məclisə geri qaytarıb. Milli Məclisin sədri prezidentin geri qaytardığı qanunun Milli Məclisin daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq prezidentin təklifinin qəbulunu Milli Məclisə təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR