Obama: “Ən böyük səhvim Liviyaya müdaxilə olub”

Obama: “Ən böyük səhvim Liviyaya müdaxilə olub”
# 11 aprel 2016 01:26 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni hakimiyyətdə olduğu dövrdə özünün ən böyük səhvi adlandırıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News”-a müsahibəsində bildirib.

“Liviyaya hərbi müdaxilədən sonra növbəti addımlarla bağlı planın mövcud olmaması böyük səhv idi. Həmin an qərarımın düzgün olduğuna əmin idim. Hakimiyyətdə olduğum dövrdə ən böyük nailiyyət isə Amerikanın iqtisadi böhrandan qurtulması olub”, - deyə Obama qeyd edb.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. Münaqişə nəticəsində ölkə rəhbəri Müəmmar Qəddafi öldürülüb, Liviya iki əks düşərgəyə bölünüb. Ölkənin ayri-ayrı əraziləri isə İŞİD terror təşkilatının silahlılarının nəzarəti altına keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR