Lənkəran sakini kəsici alətlə özünə xəsarət yetirib

Lənkəran sakini kəsici alətlə özünə xəsarət yetirib
# 14 sentyabr 2015 19:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran sakini ehtiyatsızlıqdan özünə bədən xəsarəti yetirib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də saat 19.30 radələrində rayonun Digah kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Qılman oğlu Haşımov laqonda alətini işlədərkən ehtiyatsılıqdan sol qolunu kəsib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR