“Latsio” İtaliya Superkubokunu qazanıb, Dibala tarixə düşüb

“Latsio” İtaliya Superkubokunu qazanıb, Dibala tarixə düşüb
# 22 dekabr 2019 22:47 (UTC +04:00)

İtaliya Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mükafat uğrunda həlledici matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

Son çempion “Yuventus” “Latsio”nu sınağa çəkib. Görüşdə hesabı Roma təmsilçisi açıb. 17-ci dəqiqədə Alberto fərqlənib.

Turinlilər yalnız ilk yarının sonunda hesabda tarazlıq yaradıb. Dibala komandasının bərabərlik qolunu vurub.

Bu, Paulonun Superkubok tarixinə düşməsi üçün yetərli olub. Yarışda 4-cü qolunu vuran argentinalı ən yaxşı bombardir adına yiyələnib. O, hərəyə üç qol vuran Alesandro Del Pyero, Andrey Şevçenko, Karlos Teves və Samuel Etoonu arxada qoyub.

İkinci hissənin sonlarında yenə “Latsio” önə keçib. Luliç romalıları sevindirib. Uzatma dəqiqələrində isə Kataldi matçda son nöqtəni qoyub. Bu qələbə paytaxt təmsilçisinə Superkuboku qazandırıb.

Qeyd edək ki, 1998, 2000, 2009 və 2017-ci illərdəki uğurunu təkrarlayan “Latsio” tarixində 5-ci dəfə Superkuboka yiyələnərək, bu göstəricidə “İnter”ə çatıb. Yalnız “Yuventus”la (8) “Milan” (7) turnirdə daha çox titul qazanıb.

İtaliya Superkuboku
22 dekabr
“Yuventus” – “Latsio” – 1:2

Dibala, 45 – Alberto, 17, Luliç, 77, Kataldi, 90+4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR