Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib
# 05 yanvar 2017 19:17 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 1956-cı il təvəllüdlü Qəribə Allahverdiyeva dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR