Komissiya sədri: “Risk qrupuna daxil hamilələr diqqət mərkəzində olmalıdır”

Komissiya sədri: “Risk qrupuna daxil hamilələr diqqət mərkəzində olmalıdır”
# 19 oktyabr 2016 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda hamiləliyin ağırlaşmalarının qarşısı alınmalıdır.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva bildirib ki, ağır vəziyyətlərdə olan çoxsaylı xəstələr, risk qrupunda olan hamilələr diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, hamiləliyin vaxtında müayinə edilməsi nəticəsində bir sıra xəstəliklərin qarısını almaq olar: “Hamiləliklə əlaqədar olmayan böyük bir qrup ekstragenetal xəstəliklər (ürək, böyrək, endokrin xəstəliklər) hamiləlik zamanı daha da fəsadlaşır və hamiləliyin ağırlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün antenontal xidmətdə çalışan həkimlərin mühüm rolu var. Hamiləliyin ağırlaşmasının qarşısını almalı, profilaktik yol seçməli və bu istiqamətdə aktiv işləməliyik”.

Son illərdə Azərbaycanda ana ölümlərinin sayının azaldığını deyən L.Rzaquliyeva vurğulayıb ki, bu da hökumətin, Səhiyyə Nazirliyinin prioritet problemə olan diqqətinin nəticəsidir. Komissiya sədri deyib ki, ağır xəstələrə kömək, yardım etmək məqsədilə mütəxəssislər aprel ayından başlayaraq növbətçilik əsasında mütəmadi olaraq regional perinatal mərkəzlərdə olur, 11 rayonda olan ağır, risk qrupuna daxil xəstələrə nəzarət edilir.

Elmi Tədqiqat Mamalıq və ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova isə vurğulayıb ki, cənub bölgəsində bu il aprelin 4-dən sentyabrın sonuna qədər 9 030 doğuş olub. Onun sözlərinə görə, bu müddət ərzində həmin bölgədə ana ölümü qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR