Dələduzluqda təqsirləndirilən lombard işçisinin şikayəti əsasında məhkəmə başlayıb

Dələduzluqda təqsirləndirilən lombard işçisinin şikayəti əsasında məhkəmə başlayıb
# 13 oktyabr 2016 17:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Şıxverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən A. Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, şəhər sakini Lalə İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi, 63 ünvanında yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A. Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib. Sonra A. Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR