Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb

Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb
# 16 noyabr 2016 13:06 (UTC +04:00)

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 906,6 min dollar pul köçürülüb.

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin oktyabr ayı ilə müqayisədə 390,9 min dollar və ya 75,8% çoxdur. Sentyabr ayı ilə müqayisədə oktyabr ayında Gürcüstandan ölkəmizə pul axını 350,5 min dollar və ya 63,03% artıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,09%-ə bərabərdir.

Ötən ay Azərbaycandan Gürcüstana 1 225 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin oktyabr ayına nisbətən 115,6 min dollar və ya 8,62% azdır. Bu ilin sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 128,5 min dollar və ya 11,72% artıb.

Ümumiyyətlə, bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR