Binəqədi rayonunda əhalinin tibbi müayinəsi davam edir

Binəqədi rayonunda əhalinin  tibbi  müayinəsi davam edir
# 22 fevral 2017 07:00 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər. Qeyd olunub ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9,10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikaları). Sözügedən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR