Avstriyanın ən böyük qaz stansiyalarından birində partlayış olub

Avstriyanın ən böyük qaz stansiyalarından birində partlayış olub
# 12 dekabr 2017 12:07 (UTC +04:00)

Avstriyanın ən böyük qaz stansiyalarından biri olan OMV-də partlayış olub.

APA-nın xəbərinə görə, bu barədə Avstriyanın oe24.at saytı məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb. Daha 16 nəfər xəsarət alıb. Baumqarten şəhərində partlayışın texniki nasazlıq səbəbi ilə baş verdiyi bildirilir. Hadisə ilə bağlı Aşağı Avstriya regionu üzrə polis idarəsi araşdırmağa başlayıb.

Partlayışla əlaqədar İtaliya, Sloveniya və Macarıstana qazın nəqli dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR