Kubada təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb

Kubada təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb
# 22 may 2018 03:01 (UTC +04:00)

Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri ölüb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Kuba vətəndaşı, 23 yaşlı Qrettel Landrove xəstəxanada vəfat edib.

Beləliklə, ölənlərin sayı 111 nəfərə çatıb. İndiyədək 40 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Qəzada sağ qalan daha iki qadının vəziyyəti kritik olaraq qalır.

Xatırladaq ki, “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi mayın 18-də Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR