Avqustda Azərbaycanda kommersiya banklarının xarici borclanması 7%-ə yaxın azalıb

Avqustda Azərbaycanda kommersiya banklarının xarici borclanması 7%-ə yaxın azalıb
# 09 oktyabr 2017 15:13 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 31,3 mln. manat və ya 0,48% azalaraq 2017-ci ilin sentyabrın 1-nə 6 428,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyul ayı ilə müqayisədə avqustda bankların xarici borclanması 462,7 mln. manat və ya 6,71% azalıb.

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin avqustunda bankların məcmu xarici öhdəliklərin həcmi 796,5 mln. manat və ya 11,02% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin sentyabrın 1-nə 3 949,8 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 249,6 mln. manat və ya 5,94% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin iyul ayı ilə müqayisədə avqustda 15,4 mln. manat və ya 0,39%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR