Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTOSESSİYA

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub - <span style="color: red;">FOTOSESSİYA
# 27 noyabr 2016 15:27 (UTC +04:00)

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Şəhərdə 1 saylı xətt üzrə sərnişin daşıyan “Hyunday” markalı avtobus “Lada Priora” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR