Qusarda "Mercedes", Goranboyda 4 otaqlı ev yanıb

Qusarda  "Mercedes",  Goranboyda 4 otaqlı ev yanıb
# 20 iyul 2015 21:55 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Qusar rayonu, Urva kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində baş verib. Nəticədə maşının yanar konstruksiyaları yanıb. Ərazidə olan meşə zolağı yanğından mühafizə olunub.

Bundan başqa, Goranboy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR